Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

Azərbaycan millisi FİFA reytinqində daha iki pillə gerilədi

FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb.
Azərbaycan milli komandası ötən ayla müqayisədə 2 pillə geriləyib. Hesabat dövrü ərzində heç bir oyun keçirməyən yığma xal hesabını 273-də 281-ə qaldırsa da, 115-ci pillədən 117-ci sıraya enib.
Qeyd edək ki, yeni reytinqdə lider dəyişib. Xalını 1602-yə çatdıran Almaniya zirvəni ələ keçirib. Hesabında 1483 xal olan Braziliya 2-ci sıraya düşüb. Portuqaliya isə 1358 xalla 3-cüdür.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir