Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

Qadın voleybolçularımız Avropa çempionatına qələbə ilə başladı

Faiq Qarayevin baş məşqçi olduğu kollektiv Bakıda Macarıstan yığmasını üstələyib

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Bakıda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.
Faiq Qarayevin baş məşqçi olduğu kollektiv Milli Gimnastika Arenasında Macarıstan yığmasını üstələyib – 3:0. Bununla da Azərbaycan millisi hesabına 3 xal yazıb.
Qeyd edək ki, Azərbaycan növbəti oyununu sentyabrın 24-də Polşaya qarşı keçirəcək. Milli Gimnastika Arenasında baş tutacaq matç saat 18:00-da start götürəcək.
A qrupu
Macarıstan – Azərbaycan 0:2 (24:25, 14:25, 16:25)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir