Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

​”Qızıl top”un veriləcəyi tarix açıqlandı

Fransanın nüfuzlu “France Football” nəşri “Qızıl top”un sahibinin məlum olacağı tarixi açıqlayıb.
Media-fakt.info apasport.az-a istinadən xəbər verir ki, dekabrın 7-də təşkil ediləcək tədbirdə 2017-ci ilin ən yaxşısı mükafatına qovuşacaq.
Mükafatı Fransa millisinin sabiq üzvü David Jinola təqdim edəcək.
Titula namizəd olan 30 futbolçu bunlardır: Lionel Messi (“Barselona”, Argentina), Pyer-Emerik Obameyanq (“Borussiya” D., Qabon), Edison Kavani (PSJ, Uruqvay), Mats Hummels (“Bavariya”, Almaniya), Kərim Benzema (“Real”, Fransa), Kilian Mbappe (PSJ/”Monako”, Fransa), İsko (“Real”, İspaniya), Leonardo Bonuççi (“Yuventus”/”Milan”, İtaliya), Eden Azar (“Çelsi”, Belçika), Kriştianu Ronaldo (“Real”, Portuqaliya), Canluici Buffon (“Yuventus”, İtaliya), Antuan Qrizman (“Atletiko”, Fransa), Radamel Falkao (“Monako”, Kolumbiya), Toni Kroos (“Real”, Almaniya), Sadio Mane (“Liverpul”, Seneqal), Kevin de Bruyne (“Mançester Siti”, Belçika), Robert Levandovski (“Bavariya”, Polşa), David De Xea (“Mançester Yunayted”, İspaniya), Harri Keyn (“Tottenhem”, İngiltərə), Edin Dzeko (“Roma”, Bosniya və Herseqovina), Luis Suares (“Barselona”, Uruqvay), Yan Oblak (“Atletiko”, Sloveniya), Serxio Ramos (“Real”, İspaniya), Filip Koutinyo (“Liverpul”, Braziliya), Dris Mertens (“Napoli”, Belçika), Neymar (PSJ/”Barselona”, Braziliya), Luka Modriç (“Real”, Xorvatiya), Paulo Dibala (“Yuventus”, Argentina), Marselo (“Real”, Braziliya), Nqolo Kante (“Çelsi”, Fransa).

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir