Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

ÇL 1/8: “Monako” və “Atletiko” 1/4 finalda

Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Keçirilən iki cavab oyunu ilə 1/4 final mərhələsinin sonuncu iştirakçıları da bəlli olub.
“Monako” Fransada “Mançester Siti”ni qəbul edib. İngiltərədə keçirilən ilk görüşdə 5:3 hesablı qələbə qazanan “şəhərlilər” səfərdə bu üstünlüyünü qorumağa çalışıb. Lakin inamlı oyunu ilə seçilən “Monako” 3:1 hesablı qələbə qazanıb. Ümumi nəticə 6:6 olsa da, səfərdə daha çox qol vuran Fransa təmsilçisi 1/4 finala adlayıb.
Digər görüşdə isə “Atletiko” “Bayer Leverkuzen”i qəbul edib. Səfərdə rəqibinə 4:2 hesabı ilə qalib gələn Madrid klubu adını 1/4 finala yazdırıb.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər iştirakçıları “Lester”, “Yuventus”, “Real”, “Barselona”, “Borussiya” (Dortmund) və “Bavariya”dır.

“Monako” (Fransa) – “Mançester Siti” (İngiltərə) 3:1
Qollar: Mbappe, 8 (1:0), Fabinyo, 29 (2:0), Sane, 71 (2:1), Bakayoko, 77 (3:1)
İlk oyun – 3:5

“Atletiko” (İspaniya) – “Bayer Leverkuzen” (Almaniya) 0:0
İlk oyun – 4:2

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir