Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Vaşinqton Türkiyə XİN-nin 5 əməkdaşına viza vermədi

ABŞ Türkiyəyə qarşı daha bir sensasion addım atıb.
İstiqlal.az Türkiyənin SHOW TV-yə istinadən xəbər verir ki, viza böhranı ilə bağlı danışıqları davam etdirmək üçün ABŞ-a yola çıxmağa hazırlaşan Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndələrinə rəsmi Vaşinqton bu gün viza verməkdən rəsmən imtina edib:
“Rəsmi Vaşinqton Türkiyə XİN-nin 5 nəfərdən ibarət nümayəndə heyətinə niyə viza verilməməsinin səbəbini açıqlamasa da, 5 diplomata viza ilə bağlı yox konkret cavabı verilib”.
Xatırladaq ki, oktyabrın 8-də ABŞ Türkiyə vətəndaşlarına viza qadağası qoyub. Eə həmin gün Türkiyə də eyni addımı atıb.
Ötən həftə isə ABŞ-dan viza böhranını həll etmək üçün Türkiyəyə nümayəndə heyəti gəlib, yüksək səviyyədə danışıqlar aparılıb.
Rəsmi açıqlamaya görə, Ankaradakı danışıqlar zamanı tərəflər ortaq komitə yaradıb, birgə həll yolu axtarmağa qərar veriblər. Bu gün isə həmin danışıqlara məsul olan Türkiyə XİN nümayəndələrinə viza qadağası qoymaqla, Amerika gözləniməz qərara imza atıb. Halbuki, ABŞ nümayəndələri Türkiyədən ayrılarkən, danışıqların uğurla keçdiyini, viza böhranının yaxın günlərdə həllini tapacağınını anonsunu vermişdi. Lakin görünür, bu anons sözdən əmələ yaxın müddətdə keçəcək deyil.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir