Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

London Trampın təklifindən imtina etdi

tramp-ev-300x200Tereza Meyin təmsilçisi bəyan edib ki, Britaniyanın fəaliyyətdə olan ABŞ səfirini dəyişmək fikri yoxdur

Böyük Britaniya Breksit tərəfdarı Naycel Farajı Britaniyanın ABŞ səfiri təyin olunması barədə Donald Trampın istəyini rədd edib.

Qələbədən sonra Farajla görüşən Tramp tvitter hesabında yazmışdı ki, “çoxları” istəyir ki, keçmiş metal ticarətçisi Britaniyanın səfiri təyin olunsun.

Trampı qələbə münasibəti ilə təbrik edən Böyük Britaniyanın baş naziri Tereza Mey diplomatik olmayan bu təklifdən imtina edib.

“Yer vakant deyil, – Dauninq-Strit təmsilçisi Trampın təklifinə münasibət bildirib. – Bizim artıq ABŞ-da əla səfirimiz var”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir