Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Qırğızıstan yeni prezident seçdi

Qırğızıstanda oktyabrın 15-də keçirilmiş prezident seçkisinin ilkin nəticələri açıqlanıb. Hakim Sosial Demokrat Partiyasının namizədi, sabiq baş nazir Sooronbay Jeenbekov 55 faiz səslə önə çıxıb. Qığızıstanda keçirilən prezident seçkisində 11 namizəd prezidentlik uğrunda mübarizə aparırdı. Artıq seçkilərində artıq 1.5 milyondan çox səs sayılıb. Hakim partiyanın namizədi Sooronbay Jeenbekov prezident seçkilərində 36 faiz səslə liderlik edir. Onu seçkinin qalibi və prezident saymaq olar. Qırğızıstanda prezidentlik müddəti 6 ildir və qanun 1 dəfədən artıq prrezident seçilməyə imkan vermir.

Beləliklə, Qırğızıstandakı son prezident seçkisinin qalibi Sooronbay Jeenbekovun bioqrafiyası:

Sooronbay Jeenbekov 1958-ci il noyabrın 16-da Oş vilayətində doğulub. 1983-cü ildə Qırğız Kənd Təsərrüfatı İnstitutunu zoomühəndis ixtisası, 2003-cü ildə Qırğız Aqrar Universitetini mühasib ixtisası ilə bitirib.

1988-ci ilədək Oş vilayətinin Sovet rayonundakı eyniadlı sovxozda baş zootexnik vəzifəsində çalışıb.

1988-1989-cu illərdə Sovet Rayon Partiya Komitəsində təlimatçı olub. 1989-1991-ci illərdə Oş vilayətinin Ulyanov sovxozunda partiya komitəsinin katibi postunu tutub.

1991-1993-cü illərdə sovxoz direktoru, 1993-1996-cı illərdə kolxoz sədri vəzifələrində çalışıb.

Sooronbay Jeenbekov 1996-2005-ci illərdə Xalq Nümayəndələri Məclisinin (yuxarı palata) deputatı kimi müxtəlif vəzifələrdə işləyib.

2005-ci ildən parlamentin aşağı palatasının deputatı olan Sooronbay Jeenbekov 2007-ci ildə kənd və su təsərrüfatı, emal sənayesi naziri təyin edilib.

2010-2012-ci illərdə Oş vilayətinin qubernatoru, 2012-2015-ci illərdə hökumətin Oş vilayətindəki səlahiyyətli nümayəndəsi olub.

Sooronbay Jeenbekov 2016-ci ildə Prezident Aparatı rəhbərinin birinci müavini postunda çalışıb, həmin ilin aprel ayında baş nazir seçilib.

2017-ci il mayın 17-də Sosial Demokrat Partiyası Sooronbay Jeenbekovu prezidentliyə namizəd irəli sürdüyü üçün o, avqustun 21-də postundan istefa verib.

Oktyabrın 15-də keçirilmiş prezident seçkisində Sooronbay Jeenbekov 55 faizə yaxın səs toplayaraq dövlət başçısı seçilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir