Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Misirin sərnişin təyyarəsi qaçırıldı

Misirin sərnişin təyyarəsi naməlum silahlı tərəfindən qaçırılıb. “Egypt Air” şirkətinə məxsus A-320 tipli sərnişin təyyarəsi Kiprin Larnaki aeroportuna eniş edib.
Məlumatlara görə, İsgəndəriyyə – Qahirə reysini həyata keçirən təyyarədə 55 sərnişin və 7 ekipaj üzvü var. Silahlı şəxs Misir əsilli qadın və uşaqlara təyyarəni tərk etməyə icazə verəcəyini və daha sonra özünü partladacağını bildirib. Qahirə tərəfindən verilən açıqlamada bildirilib ki, Larnaki aeroportu bağlıdır: “Larnaki şəhərinə ediləcək bütün reyslər təxirə salınıb. Hazırda Qahirə rəhbərliyi təyyarənin azad olunması üçün danışıqlara başlayıb. Artıq 20 nəfər azad edilib. Aldığımız məlumatlarda təyyarədə 10 amerikalı və 8 britaniyalı sərnişinin olduğu qeyd edilib”.

***

Bu gün səhər saatlarında naməlum silahlı tərəfindən qaçırılan Misirə məxsus təyyarədəki bütün sərnişinlər azad edilib. Məlumatlara görə, Qahirə Xarici İşlər Nazirliyi cinayətkarla danışıqları davam etdirir. “Reuters” agentliyinin yaydığı xəbərdə bildirilir ki, silahlı şəxs artıq ilk şərtlərini açıqlayıb. O, tərcüməçi və siyasi sığınacaq tələb edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir