
Muxalifet.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib.
“Təşkilatın beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyac duyduğu bir zamanda ABŞ-ın belə bir qərar verməsi sadəcə təəssüf hissi doğurur. Fransa təhsilin prioritet sahələrinə dəstək verən, radikalizmin və yaxud müəyyən təhlükələrin təsirinə məruz qalan mədəni irsin qorunmasında xüsusi rolu olan YUNESKO-nun prinsiplərinə sadiq qalır”, – bəyanatda bildirilib.
Qeyd edək ki, ABŞ administrasiyası maliyyə vasitələrinə qənaət və YUNESKO-da antiisrail qətnamələrinin qəbuluna etiraz məsələlərini əsas gətirərək təşkilatdan çıxmaq barədə qərar qəbul edib.