
Trend-in məlumatına görə, D.Tramp müsahibəsində belə deyib: “Mən Avropa İttifaqının rəhbəri ilə danışdım”. Bu an müxbir dəqiqləşdirmək istəyib: “Cənab Yunkerlə?” Yeni Prezident cavabında bildirib: “Bəli. O məni qələbə münasibətilə təbrik etmək üçün zəng etdi”.
“Welt” qəzeti isə yazır ki, D.Trampla J.Yunker arasında telefon danışığı olmayıb.