Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

İdxal da ixrac da xeyli aşağı düşüb

Statistik göstəricilər “yığcamlaşmaq”da davam edir
2016-cı ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 1,5 faiz üstələyərək 30,2 milyard manata bərabər olub.
 
Bizimyol.info Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, yola saldığımız il istehlakçılara 15,1 milyard manatlıq və ya 2015-ci ilə nisbətən real ifadədə 2,1 faiz çox ərzaq məhsulları, içkilər və tütün məmulatları, 0,8 faiz çox qeyri-ərzaq məhsulları satılıb.
Ticarət dövriyyəsi 20 faiz azalıb
Yanvar-noyabr aylarında hüquqi və fiziki şəxslər dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 114 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən idxal olunub.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla keçən ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 19606,2 milyon dollar, o cümlədən ixracın dəyəri 11889,5 milyon dollar, idxalın dəyəri 7716,7 milyon dollar təşkil edib, nəticədə 4172,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
İdxal keçən illə müqayisədə 6 faiz aşağıdır
Gömrük statistikasına görə isə keçən ilin müvafiq dövrünə nisbətən idxal 6 faiz azalıb. Ticarət əməliyyatlarının həcmi 1603,1 milyon dollar təşkil edib və beləliklə də ticarət əməliyyatları keçən ilin müvafiq dövrünə nisbətən 20.20 faiz azalıb.
İxracda “ixtisar” böyükdür
Gömrük statistikasında ixracla bağlı fərqli rəqəmlər göstərilib. Belə ki, ixrac əməliyyatlarının həcmi 8314,9 milyon dollar qeyd edilir ki, bunun da keçən ilin müvafiq dövrünə nisbətən 30.02 faiz az olduğu vurğulanır. 2015-ci ildə də ticarət əməliyyatlarının həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 34.73 faiz azalmışdı. Idxalda artım 1,3 faiz müşahidə edilsə də, ixracda 48,73 faiz azalma vardı. Göründüyü kimi ticarət dövriyyəsində azalma ilbəil özünü kəskin biruzə verir.
Dövriyyənin 36,8 faizi Avropa İttifaqı ölkələri, 12,5 faizi MDB üzvü dövlətləri, 50,7 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.
İxracın dəyərinin 17,1 faizi İtaliya, 12,7 faizi Türkiyə, 8,4 faizi Tayvan (Çinin əyaləti), 7 faizi Almaniya, 6,9 faizi İsrail, 5,2 faizi Fransa, 4,8 faizi Hindistan, 4,4 faizi Rusiya, 3,7 faizi Gürcüstan, 2,8 faizi Xorvatiya, qalan 27 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.
İdxal olunmuş məhsulların dəyərinin 17,8 faizi Rusiya, 13,8 faizi Türkiyə, 8,2 faizi Çin, 6,1 faizi Birləşmiş Krallıq, 5,6 faizi ABŞ, 4,7 faizi Almaniya, 3,9 faizi İtaliya, hər biri 3,5 faiz olmaqla Norveç və Yaponiya, 3,4 faizi Ukrayna, 2,6 faizi Sinqapur, 26,9 faizi də digər ölkələrin payına düşüb.
Qeyri-neft məhsullarının ixracı 18 faiz azdır
Yanvar-noyabr aylarında 1117,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2015-ci ilin eyni dövrünə nisbətən real ifadədə 17,8 faiz azdır.
Şəkər, yağ və çay xaricə az göndərilməyə başlayıb
2016-cı ilin yanvar-noyabr aylarında 2015-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 25,9 faiz, təzə tərəvəz 49,1 faiz, kartof 4,3 faiz, qara metallardan borular 5 dəfə, pambıq  ipliyi 15,3 faiz artıb, şəkər ixracı 46,9 faiz, bitki yağları 59,9 faiz, çay 72,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 89,8 faiz, polietilen 3,2 faiz, emal olunmamış alüminium 23,4 faiz azalıb.
Kondisioner idxalı 5,3, quş əti 3,8 dəfə artıb
2015-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2016-cı ilin analoji dövründə buğda idxalı 15,3 faiz, xam şəkər və şəkər 34,8 faiz, bitki yağları 21 faiz, təzə meyvə 17,2 faiz, kərə yağı, digər süd yağları və pastaları 9,2 faiz, çay 81,3 faiz, kartof­­­­ 48,4 faiz, quş əti və onun əlavə məhsulları 3,8 dəfə, təzə tərəvəz 82,1 faiz, mal əti 0,1 faiz, mebel 21 faiz, hesablama maşınları, blok və qurğuları 3,2 dəfə, mineral gübrələr 7,5 faiz, rezin şinlər 38,4 faiz, məişət kondisionerlərin idxalı 5,3 dəfə artıb.
Ötən il ölkəyə 81,6 faiz az avtomobil gətirilib
Minik avtomobillərinin idxalı 81,6 faiz, qara metallardan borular 51,3 faiz, polad prokatı 0,6 faiz, qara metallardan çubuqlar 61,3 faiz, polietilen 23,4 faiz, qara metallardan künclüklər 36,8 faiz, sement və sement klinkerləri 15,3 faiz azalıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir