Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Xədicə İsmayılova polisə çağırılıb

Araşdırmaçı jurnalist Xədicə İsmayılova bu gün Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinə çağırılıb.

Jurnalistin Turan-a verdiyi məlumata görə, çağırışın səbəbi məlum deyil. O, bunun şərti cəza rejimi ilə bağlı ola biləcəyini ehtimal edir. Jurnalist bu rejimi pozmayıb.
“Hazırda mən şəhərin mərkəzindəyəm, polisə gedirəm”, deyə jurnalist saat 17-də bildirib.
Qeyd edək ki, X.İsmayılova korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə beynəlxalq jurnalist qrupunun məruzəsinin hazırlanmasında iştirak edib.
Bu qrupun Azərbaycan üzrə sonuncu məruzəsi böyük qalmaqala və Azərbaycan hakimiyyətinin ünvanına xaricə qanunsuz olaraq 3 mlrd. avroya yaxın vəsait çıxarmaq və xarici rəsmiləri öz tərəfinə cəlb etmək ittihamlarına səbəb olub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir