
İqtisadiyyatda azalmanın səbəbi tikinti sektorunda istehsalın 27,9% azalmasıdır, deyə DSK bildirir. ÜDM strukturunda tikinti sektorunun payı 10,3% təşkil edib.
Sənaye sektorunda ÜDM-in 37,5%, ticarət və avtonəqliyyat vasitələrinin təmirində 10,7%, kənd təsərrüfatında 5,4%, turizm sənayesi və yeyinti sahəsində 2,5%, nəqliyyat sektoru və anbar təsərrüfatında 6,7%-i istehsal edilib.
Yanvar-noyabr aylarında əhali arasında adambaşına düşən ÜDM 5 min 649,96 manat təşkil edib.
Hökumət 2017-ci ildə 1% real ÜDM artımı gözləyir.