Yenifakt.info

Müstəqil xəbərlər portalı

İctimai

​”Utanmır, fındıqbaş onun özüdür…” – Hafiz Hacıyevdən sərt sözlər

Azərbaycanlı alim Lütfi Zadə barəsində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin fındıqbaş ifadəsi işlətməsi birmənalı qarşılanmayıb.
Bununla bağlı Metbuat.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, fındıqbaş elə onun özüdür:
“Azərbaycanın görkəmli şəxsiyyəti haqqında Akif Əli belə deyirsə, bu, böyük utancverici hadisədir. Azərbaycan xalqı Lütfi Zadə ilə fəxr edir və edəcək də. Amma ona edilən bu hörmətsizlik yolverilməzdir. İstərdim ki, bu məsələ ilə bağlı ziyalılarımız susmasın. Lütfi Zadə dünya şöhrətli bir alimdir. O, xalqın içindən yetişmiş bir insandır. İnsanların bu cür şəxsiyyətlərə qarşı bu dərəcədə qısqanc olmaları çox utancverici haldır. Akif Əli bu sözü deyibsə, çox pis! Utanmalıdır ki, Azərbaycanın görkəmli şəxsiyyəti haqqında fındıqbaş deyir. Fındıqbaş onun özüdür. Bu məsələyə çox pis baxıram və Azərbaycan ziyalılarını buna münasibət bildirməsini istərdim”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir