Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Konqresmenlər Azərbaycan hökumətinin hədiyyələrini geri qaytardı

abs-ag evABŞ Konqresinin bir qrup üzvü Azərbaycan hökuməti adından onlara verilən hədiyyələri geri qaytarıb. Bu barədə “The Hill” nəşri məlumat yayıb.

“Səyahətləri  Azərbaycan höküməti tərəfindən gizli olaraq maliyyələşdirilən qanunvericilər nefrit daşından hazırlanmış sırğalar, çay dəstləri, ipək şarflar, yun xalılar və başqa hədiyyələri hökümətə təhvil veriblər. Ümumi Xidmət Adminstrasiyasına geri qaytarılmış hədiyyələrin siyahısı, 2013-cü ildə  Azərbaycanın paytaxtı Bakıya təşkil olunan səfər haqqında özündə daha çox informasiya daşıyır” deyə “The Hill” yazır.

Konqresin Etika Komitəsinin məlumatına görə, ABŞ-dan 9-u konqresmen olmaqla 41 nəfərlik heyət 2013-cü ildə Bakıda konfransda iştirak ediblər. Onlardan bəziləri konfransdan sonra Türkiyəyə gedərək orda əlavə hədiyyələr də alıblar. Bəzi konqresmenlər isə bildiriblər ki, konfrans gedən vaxtı onların oteldəki nömrələrinə xalçalar qoyulmuşdu.

Hüquq müdafiə təşkilatlarından birinin nümayəndəsi deyib ki, Texasda yerləşən qeyri-kommersiya təşkilatı yalan hesabat yayaraq nümayəndə heyətinin səfər xərcini çəkdiyini bildirmişdi. Reallıqda isə belə olub – SOCAR 750 min dollar pulu qeyri-kommersiya korporasiyasına ötürərək, konfransı və səfəri maliyyələşdirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir