Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Nizami prokurorunu mahmudovçu bankirlə nələr bağlayır? – Müəmmalar…

Nizami prokurorunu mahmudovçu bankirlə nələr bağlayır? - Müəmmalar...Uzun müddət bir çox rayonların prokuroru işləmiş, hazırda Nizami rayon prokururu olan Akşin Ziyadovun “AG Bankın” müşahidə şurasının sədri Çingiz Əsədullayevlə dostluq münasibəti üzə çıxıb. Bu haqda yayiminfo.com-u bilgiləndirən mənbə deyib ki, prokurorla keçmiş bankirin çox yaxın dostluq əlaqələri var.

2015-ci ildə MTN-dəki məlum əməliyyatdan sonra Ç.Əsədullayev Eldar Mahmudovun himayəsindən məhrum oldu. Az keçmədi ki, Ç.Əsədullayevin 90 saylı Ağdaş seçki dairəsindən aldığı mandat da ləğv olundu. Qaynağımız bildirib ki, həmin vaxt bankirin prokuror dostu ən çox nigarançılıq keçirən şəxslərdən biri olub.

Maraqlıdır, bu iki şəxsi bir-birinə bağlayan “AG bank”ın mənafeyidir yoxsa onların şəxsi dostluq münasibəti? Redaksiyamıza daxil olan bu ilginc məlumatın araşdırılması zərurəti olduğundan və həmin məlumatlarla bağlı tam dəqiqləşdirilmə aparılmadığından hazırda bu barədə geniş məlumat verə bilmirik. Onu da qeyd edək ki, “AG Bank” və Çingiz Əsədulayevin adı “MTN işində” hallanmağı ilə dəfələrlə gündəmə gəlmişdir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir