Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Əli Həsənovun nəvəsinin “Galendewagen”i iki Türkiyə vətəndaşını da vurub

Ötən gecə Bakının Heydər Əliyev prospektində Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “Mercedes Galendewagen” markalı, 10 PP 203 dövlət nömrə nişanlı avtomobillə törədilmiş dəhşətli qəzada ölən və yaralananların adları polis tərəfindən açıqlanıb.
Nərimanov rayon Polis İdarəsindən bildiriblər ki, (APA) qəza nəticəsində  “Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov həlak olublar. Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Bəzi hadisə şahidlərinin bildirdiyinə görə, qəza zamanı avtmobildə baş nazirin müavininin nəvəsi də olub və xəsarətlər alıb, lakin onu tələsik avtomobildən çıxararaq aparıblar. Hələlik Əli Həsənovun özü və ya ailə üzvlərindən onlara məxsus avtomobillə paytaxtın mərkəzi prospektində yüksək sürətlə hərəkət edərək və yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq törədilmiş, iki nəfərin ölümünə, iki nəfərin yaralanmasına səbəb olan qəza ilə bağlı şərh verən olmayıb.
Sosial şəbəkələrdə Nail Allahverdiyevin (Əli Həsənovun qız nəvəsidir) qəzaya uğrayan avtomobildən başqa daha bir neçə superkarı var, bu ərköyün nəvə sosial şəbəkələrdə çılpaq qızlarla əylənərkən və xarici ölkələrdəki otellərdə içki məclisləri təşkil edərkən çəkilmiş fotolarına rast gəlmək olur. Belə fotoları bir neçə ay Nail Allahverdiyevin Facebook səhifəsindən götürüb bir çox KİV-lər yaymışdı.
Bu arada PrimeTime.az saytı iddia edir ki, Əli Həsənovun nəvəsi qəzada ağır yaralanıb və hazırda xəstəxanalardan birindədir. Onun qəzaya uğrayan avtomobildə yanğın baş verməzdən əvvəl son anda yerə atıldığı bildirilir. Məsələ ilə bağlı gecə saytlara açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov ətraflı məlumatının olmadığını bildirib: “Hadisə barədə indicə xəbər tutmuşam. İlkin əldə etdiyim məlumata görə, iki nəfər hadisə yerindəcə keçinib, bir nəfər isə yaralıdır. Daha ətraflı məlumat əldə etməyə çalışıram. Hal-hazırda məndə olan məlumatlar bunlardır”.
O da bildirilir ki, 1995-ci ildə anadan olmuş Nail Allahverdiyev bizneslə məşğuldur, məşhur “Soho” klubunun sahibidir, onun ötən ayın 19-da toy mərasiminin olduğu da məlum olub.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir