Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Dünya Gündəm Hadisə İctimai Siyasət Xəbərlər

London mülkləri məsələsi İlham Əliyevin şit təbliğatı ilə kompensasiya olunur

Milli Şuranın sədri, professor Cəmil Həsənli

Avtoritariz bəs necə olur. Pandora sənədləri, oğurluq London mülkləri bunlara necə od qoyubsa, Milli Məclisin orqanı olan “Azərbaycan” qəzeti Əliyevlərin ailə ruznaməsinə çevrilib. Qəzetin təkcə bugünkü sayına diqqət yetirin. Birincə səhifə sol küncündə Heydər Əliyevin imzalı fotosu, sağ küncündə isə “müqəddəs” dəmir yumruq nümayiş etdirlilir.

Sonra qəzetin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun “Xalqa xidmətin möhtəşəm nümunəsi” adlı baş məqaləsi gedir. Görən andıra qalmış London mülkləri və Əliyevlərin yeni açıqlanan 700 milyon dollarlıq oğurluğu bu xalqa xidmətə aiddir, yoxsa yox? Çünki yazı 2003-cü ilin 15 oktyabrından sonrakı dövrü vəsf etdiyi üçün Əliyevlərin Panama Papers, “Azərbaycan laundramartı” və Pandora Papers macaraları da həmin dövrə təsadüf edir. Bu yazıda müəllif əlbəttə ki, qeyd edilən oğurluq silsiləsinin mərkəzi fiquru kimi birinci vitse-prezidenti də yaddan çıxarmayıb.

Elə birinci səhifədə “Azərbaycanı müzəffər edən komandan” yazısı müzəffər və vitse-müzəffərin hərbi formada fotoları ilə müşaiyət edilir.
Qəzetin 5-ci səhifəsində hələ bircə nəfər köçkün yurduna qayıtmasa da “Böyük qayıdış epopeyası” adlı yazı verib və burada da müzəffər hərbi formada tonqal qalasa da, amma daha çox London mülklərinin və gizli ofşor hesablarının hənirtisinə qızınır. Yaltaqlığın, yarınmağın akademik təsvirindən ibarət olan bu yazını akademik İsa Həbibbəyli yazıb.

Həmkarların başına daş salmış Səttar Mehbalıyev başlığı qramatik cəhətdən səhv olan yazısı “Tarixin ən qüdrətli Azərbaycanının və möhtəşəm zəfərin müəllifi” rubrikasında “Xalqı müzəffər edən komandan” adlı yazısı 6-cı səhifəni tutub. Yarımbaşlıqlardan biri belədir: Sadiq silahdaşı (yəni birnici vitse müzəffərlə) hər zaman xalqın yanında.
7-ci səhifə başdan-başa milli məclis üzvlərin tərrif və vəsflərindən, yarındırıcı təəssüratlarından ibarətdir. Burada Novruzəli Aslanın “Yüksəliş və zəfərimizin müəllifi”, Könül Nurullayevanın “Güclü dövlətçiliyimizin və etibarlı gələcəyimizin alternativsiz təminatçısı”, Müşviq Məmmədlinin “Azərbaycanı ucaldan Lider”, Səbina Xasayevanın “Qalib Azərbaycanın müzəffər sərkərdəsi” adlı tərifnamələri gedib.
Növbəti səhifədə Səyavuş Novruzov “Lider dövlətin lideri”, deputat Sevil Mikayılova “Tarix yaşadan şəxsiyyət”, YAP rəsmisi Vüqar Rəhimzadə “Zəfərin rəmzi”ni xırdalayır. 10-cu səhifədə Xocavəndlilər əbədi xilaskarı İlham Əliyevə əbədi minnatdardırlar repreduksiyası əks etdirib. 11-ci səhifədə Heydər və İlham Əliyevlər birlikdə London istiqamətinə baxırlar. 12- ci səhifə İlham Əliyevin Londona doğru ASAN modelini təsvir edir. 13-cü səhifədə “Elə güclü Azərbaycan qurdu ki…” (amma London və ofşorlarda) adı altında yalan-palanlar deyilir. Qəzetdə ən maraqlı məlumatlardan birini MBT-nin qadınlar üzrə nümayəndəsi deyib: “Azərbaycanda həyata keçirilən gender siyasəti uğurludur”. Bəs ölkəni başına almış qdın intiharları necə? Görünür onlari Alliya Ell-Yassir hələ eşitməyib.

İndi özünüz deyin Siz Şimali Koreyada yalnız bir nömrəsində Kim Çen In-ı bu qədər vəsf edən belə qəzet tapa bilərsinizmi?

Azadlıq.info

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir