
Məruzədə, həmçinin bildirilir ki, korrupsiya iqtisadi artıma yavaşladıcı təsir edir, ÜDM artımında müsbət dinamikanın əsas amillərini bloklayıcı rol oynayır. IMF korrupsiyanın iqtisadi qeyri-sabitlik, yüksək inflyasiya, iqtisadiyyatda nisbətən zəif investisiyalara səbəb olduğunu xatırladıb. Antikorrupsiya strategiyaları arasında Fond şəffaflığın yayılması ilə bərabər iqtisadiyyatın korrupsiyaya bulaşmamış sektorlarının qorunmasını tövsiyə edir.