
Tədbirdə kibertəhdidlərin növləri barədə geniş danışılmış və fərdi məlumatların qorunması üsulları izah edilmişdir. Layihənin eksperti Yusif Süleymanlı dəyirmi masa iştirakçılarını spam, fişinq, DDOS, sosial mühəndislik, hack hücumları barədə məlumatlandırmış, yaranmış kiberhücumlar zamanı və hücumdan sonra görüləcək tədbirlər barədə məlumat vermişdir. Kiberhücumlardan qorunma üsulları kimi çətin parol sistemindən yararlanma, lisenziyalı proqramlardan istifadə, antivirus sisteminin düzgün qurulması, sistemlərin və antivirus yenilənmələrinin vaxtaşırı internetdən yüklənilməsi kimi metodların faydalarından danışılmışdır. İstifadə edilən wifi sistemlərinin müdafiə olunması metodları müzakirə edilmişdir.
Tədbir vaxtı iştirakçıların sualları yerindəcə cavablandırılmışdır və onların böyük marağına səbəb olmuşdur.
“ULDUZ” İnformasiya – Kommunikasiya Texnologiyaları Sahəsində
Maarifləndirmə İctimai Birliyi