
E.Zahiroğlunu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları iyulun 1-də həbs etmişdi. Onun deputat Elmira Axundovanın oğlunun ərizəsi əsasında saxlandığı bildirilirdi. Jurnalistin deputat oğlunu şantaj edərək pul tələb etdiyi və aldığı iddia olunurdu.