Q.Əliyev: “Azərbaycanda ictimai fəalların ailə üzvlərinin cəzalandırılması adı hala çevrilir”

Digər facebook paylaşımında isə Q.Əliyev qardaşı Elşad Əliyevin öz ölkəsində qaçaq yaşadığı, hər an həbs olunmaq təhlükəsinin olmasını bildirir. Q.Əliyev statusunda qeyd etmişdir ki, qardaşı E.Əliyevin icarəyə verdiyi obyektin icarədarının da məhz Elşad Əliyevə və Qabil Əliyevə görə Dövlət Təhlükəsizlik Xidmətinin Nizami rayon şöbəsinin əməkdaşları tərəfindən aylardır sıxışdırılır. Statusda göstərilir ki, Elşad Əliyevdən başqa Q.Əliyevin digər qohumları da Dövlət Təhlükəsizlik Xidmətinin idarələrinə dəvət olunur və sorğu-sual çəkilirlər. Həmin şəxslərə isə bildirilir ki, Q.Əliyevin vətənə gəlməsi müqabilində E.Əliyev öz işlərilə rahat məşğul ola bilər. Q.Əliyev həmin statuslarının sonunda özünün və qardaşı E.Əliyevin başına gələcək bütün hallara görə Azərbaycan siyasi hakimiyyətinin cavabdehlik daşımasını bildirmişdir.
Qabil Əliyevin statusunda göstərilir ki, bütün baş verənlərə əsas səbəb 11 sentyabr 2016-cı il tarixdə Q.Əliyevin Almaniyanın Düsseldorf şəhərində “Siyasi məhbuslara azadlıq” tələbi ilə aksiya təşkil edəcəyi ilə bağlıdır. Həmin mitinqə razılaşma əldə edildiyindən, eyni zamanda iştirakçıların çoxluğundan əndişəyə düşən hakimiyyət nümayəndələri həmin mitinqi təxirə salmaq üçün təzyiqlər göstərməkdə davam edir.