
“Report”un məlumatına görə, xalq artisti “Təzəpir” məscidində təşkil olunan vida mərasimindən sonra Binə kənd qəbiristanlığında anasının yanında torpağa tapşırılıb.
Qeyd edək ki, 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olan Q.Quliyeva dünən, iyunun 26-da 67 yaşında dünyasını dəyişib. Səhhətində ciddi problemlər yaranan Q.Quliyeva bir neçə gün əvvəl Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlər ona ürək, böyrək çatışmazlığı və ağ ciyərin sətəlcəmi diaqnozu qoymuşdu.