Yenifakt.info

Müstəqil xəbərlər portalı

Mədəniyyət

Əmir Mərdani: İran hakimiyyəti həbs etdiyi fəallardan əlavə onların yaxınlarına da təzyiq edir

Siyasi fəal Əmir Mərdani Amerikanın Səsinə söhbətində İran Azərbaycanında tutulan fəalların uzun müddət ailələrinə məlumat verilmədən nəzarətdə saxlanmalarının səbəbləri və təsirləri haqqında danışıb. Əmir Mərdani: İran hakimiyyəti həbs etdiyi fəallardan əlavə onların yaxınlarına da təzyiq edir Mərdani deyib ki, hakimiyyət…

Ərdoğan türkdilli dövlətlərin informasiya sisteminin yaradılmasına çağırıb

Türkdilli dövlətlər dezinformasiyaya qarşı birlikdə mübarizə aparmalıdırlar. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü İstanbulda açılan Türk Şurası Media Forumunun iştirakçılarına müraciətlə bildirib. “Nəzarətsiz sosial şəbəkələr demokratiya, cəmiyyət və dövlətlərin milli təhlükəsizliyi üçün təhlükə mənbəyinə çevrilib. Ölkələrimiz müstəqil…

Tarif Şurası işığın qiymətini qaldırdı

Oktyabrın 16-da Azərbaycanda qaz və işığın qiyməti yenidən qaldırılıb. Qiymət bahalaşması ilə bağlı qərarı Tarif Şurası qəbul edib. Şura qiymət artımını müxtəlif məsələlərlə əsaslandırıb. Oktyabrın 16-da Tarif (qiymət) Şurası təbii qazın və elektrik enerjisinin qiymətlərinə yenidən baxıb və qiymətlərin qaldırılması ilə bağlı qərar…

Xarici İşlər Nazirliyi diplomatik missiyaların mətbuat attaşelərinin və xarici kütləvi informasiya vasitələrinin müxbirlərinin Şuşaya səfərini təşkil edib

Oktyabrın 8-də Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin mətbuat attaşeləri, eləcə də xarici kütləvi informasiya vasitələri jurnalistlərinin Şuşaya səfərini təşkil edib. Birgünlük səfər zamanı şəhərin görməli yerləri, bərpa işlərinin gedişilə tanış olacaqlar.  Turan.az

Şuşanın “özünəməxsus arxitektura üslubu”: O nədir? Nədən ibarətdir?

“Şuşa – Qarabağın açarıdır, Şuşaya nəzarət bütün Qarabağa nəzarət deməkdir,” ötən il 44 günlük müharibənin gedişini şərh edən təhlilçilər Şuşanın əhəmiyyətini bu cür səciyyələndirirdilər. İkinci Qarabağ müharibəsi nəticəsində yenidən Azərbaycanın bir parçasına çevrilən Şuşa qısa müddət ərzində bəzi önəmli tədbirlərə…

Yaqub Zurufçu “Qurd qapısı”nda dəfn olunacaq

“Sənətçi Arif Quliyev və Rəmişin yanında torpağa tapşırılacaq” COVİD-19 infeksiyasından vəfat edən Əməkdar artist Yaqub Zurufçu sentyabrın 15-də Yasamal qəbristanlığında (“Qurd qapısı” qəbiristanlığı-red) dəfn olunacaq. Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri Məryəm Qafarzadənin məlumatına görə, sənətçi Xalq artistləri Arif Quliyev və…

Bu gün Şuşada Vaqif Poeziya Günləri başlayır

Bu gün Şuşada Vaqif Poeziya Günlərinin açılışı olacaq. Bu barədə Heydər Əliyev Fondundan məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun təşklatçılığı ilə keçirilən Vaqif Poeziya günləri Şuşa işğaldan azad edildikdən sonra dogma şəhərində ilk dəfədir təşkil olunur. Molla Pənah Vaqifin…

6 milyonluq yeyintidə ittiham olunan sabiq Xidmət rəisi: “Şərik işləyirdik…”

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun mühakiməsi davam edir. Onun haqqında cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.Avqustun 27-də məhkəmədə Zakir Sultanovun rəhbərliyi…

Mirzə Sakitdən Mehriban xanıma ad günü təbriki

İstedadlı satirik şair Mitzə SAkit Mehriban Əliyevanın ad günü munasibətilə yeni şeir yazıb. TƏBRİK EDİRƏM, A BAJI !!.. Yandırdım şamları, dəmlədim aşı, Ad günün mübarək, Mehriban bajı *** Bürcünə boylandım, Qız imiş bürcün, Şirdən, pələngdən də öndədir gücün İlham da…

“Arzu edirəm yeni nazirin mədəniyyətdən xəbəri olsun” – Rasim Balayev

Xalq artisti Rasim Balayev Mədəniyyət naziri Əbülfəs Qarayevin işdən çıxarılması haqqında danışıb. O, “Ölkə.Az”ın əməkdaşı ilə söhbətində hazırda Azərbaycan mədəniyyətinin durğunluq dövrü yaşadığını qeyd edib. “Düzdür gedənin arxasınca danışmazlar, ancaq Əbülfəz Qarayevin vaxtında mədəniyyət öz durğunluq çağını yaşayıb. Mən onu…