
“Birincisi, Ukrayna vətəndaşlarının fəaliyyətini kiminləsə araşdırmaq istəmirəm. İkincisi, Saakavilinin ölkəmdəki fəaliyyətinə qiymət vermək ideyasını qəbul etmirəm. Çünki onu Odessa vilayətində islahatları tətbiq etməyə çağırmışdım”, – deyə Poroşenko Brüsseldə Saakaşvili ilə bağlı verilən sualına cavab verərkən bildirib.
“Saakaşvilinin Ukraynada nə etdiyini bilmirəm, o mənə kömək etmək üçün çağırılmışdı, ancaq təəssüf ki, nəticələri görürsünüz”, – Poroşenko qeyd edib.