A.Quterres Baş katib seçilməzdən öncə 2005-2015-ci illərdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında (BMT QAK) xidmət göstərib. Yaxın şərq və Afrika ölkələrindəki hadisələrlə bağlı 2015-ci ildə qaçqın sayı 60 milyon nəfəri aşdığına görə BMT QAK-ın fəaliyyətini aktivləşdirib.
Buna qədərsə A.Quterres 20 ildən çox dövlət quuluğunda çalışıb.cənab Quterreş hökumət və dövlət qulluğunda 20 ildən çox vaxt çalışıb, 1995-2002-ci ilədək Portuqaliyanın baş naziri olub.
2000-ci ilin əvvəlində Avropa Şurasının prezidenti kimi artım və iş yerləri üzrə Lissabon Gündəliyinin qəbuluna rəhbərlik və ilk Avropa İttifaqı-Afrika sammitinə sədrlik edib. O, 1991-ci ildən 2002-ci ilədək Portuqal Dövlət Şurasının üzvü olub.
1976-cı ildə seçildiyi Portuqal parlamentində 17 il üzv kimi xidmət göstərib. Bu zaman ərzində o, İqtisadiyyat, Maliyyə və Planlaşdırma və daha sonra Ərazi İdarəsi, Bələdiyyə və Ətraf Mühit üzrə Parlament Komitələrinə sədrlik edib. O, həmçinin öz partiyasının parlament qrupunun lideri olub.
Uzun illər A.Quterres Sosialist İnternasionalda fəal olub. O, 1992-ci ildən 1999-cu ilə kimi qrupun vitse-prezidenti, 1999- 2005-ci illərdə prezident kimi xidmət göstərib.
A.Quterres keçmiş demokratik prezidentlər və baş nazirlərin rəhbərlik ittifaqı olan Madrid Klubunun üzvüdür.
Cənab Quterreş 1949-cu ildə Lissabonda anadan olub və Instituto Superior Tecnico-nu mühəndislik dərəcəsi ilə bitirib. O, portuqal, ingilis, fransız və ispan dillərini mükəmməl bilir.
Ailəlidir, iki uşağı, bir oğulluğu və üç nəvəsi var.