Polşada barıt zavodunda baş vermiş partlayış nəticəsində 17 nəfər xəsarət alıb.
“Report”un məlumatına görə, bu barədə “RİA Novosti” yerli xilasetmə xidmətinin nümayəndəsinə istinadən xəbər verib.
“Partlayış nəticəsində 17 nəfər yaralanıb, onlardan 15-i həkimlərə müraciət edib, 4 nəfər xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərdən biri artıq tibb müəssisəsindən buraxılıb” – deyə xilasedicilərin nümayəndəsi bildirib.
O, əlavə edib ki, iki nəfər tamamilə dağıdılmış binanın altında qalıb. Məhz bu insanlar partlayışın baş verdiyi sexdə olub.
“Biz onları həlak olmuş saymırıq və axtarışlar aparırıq” – deyə xilasedici bildirib. O, qeyd edib ki, müəssisə qara barıt istehsalı ilə məşğul olub.