Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Kürdəmirdə iki maşın toqquşub, xəsarət alanlar var

Kürdəmir rayonunda iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün 19:30 radələrində Ağsu-Kürdəmir-Bəhramtəpə yolunun 35-ci km-də, yolun Kürdəmir şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun Qarasaqqal kənd sakini, 1994-cü il təvəllüdlü, Mərhəmət Zəfər oğlu Abdullayev idarə etdiyi “VAZ-21015” markalı, 90-FO-581 dövlət qeydiyyat nişanlı minik maşını ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn “VAZ-2107” markalı, 12-BE-867 dovlət qeydiyyat nişanlı minik maşını ilə toqquşub. Nəticədə sürücü M.Abdullayev və onun 2016-ci il təvəllüdlü qızı Röya Mərhəmət qızı Abdullayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda xəstələrin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

“Report”

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir