
Digər finalçılar Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Ermənistan, Avstraliya, Kipr və Belçika nümayəndələridir. Ümumilikdə 42 iştirakçıdan 26-sı finalda çıxış edəcək. Müsabiqənin iki yarımfinalı olur, hər birində 10 nəfər seçilir. Bundan başqa, təşkilatçı ölkənin (Ukrayna) iştirakçısı və beş Avropa ölkəsinin – Böyük Britaniya, Fransa, İspaniya, İtaliya və Almaniyanın nümayəndələri avtomatik olaraq finala çıxır.
Müsabiqənin finalı mayın 13-də keçiriləcək.