
“Report”un Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, heyətə monqolustanlı Erdenebat Bazarraqça (48 kq), Purevsuren Buyanxişiq (52 kq), Munxtsedev İçinxorlu (57 kq) və ukraynalı İrina Kindzerska (+78 kq) cəlb olunub.
Federasiyada yeni üzvlərlə keçirilmiş görüşdə vitse-prezident Sadıq Sadıqov cüdoçulara qarşıdakı İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq yarışlarda uğurlar arzulayıb. Bildirilib ki, millinin heyətinə yeni cüdoçuların cəlb olunması ölkədə qadın cüdosunun da inkişafına təkan verəcək.