Avropa çempionatında iştirak edəcək ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb

Azərbaycan Ağır Atletika Federasiyasının rəsmi saytının verdiyi məlumata görə, 42 ölkədən 324 atletin (144 qadın və 180 kişi) qatılacağı yarışda Azərbaycan yığması 4 idmançı ilə təmsil olunacaq. Məşqçilər Şurası Məhəmməd Məmmədli (62 kq), İsa Rüstəmov (69 kq), Kamran İsmayılov (85 kq) və Hüseyn İsmayılova (94 kq) şans veriblər.
Qeyd edək ki, Avropa çempionatına aprelin 8-də yekun vurulacaq.