
Təlimlərin əsas məqsədi iki ölkənin silahlı qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, bölmələrin hazırlıq və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməkdir.
Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, hava qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək.
Təlimlərdə iştirak edəcək Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti artıq Azərbaycana gəlib. Azərbaycanın hərbi hava bazalarından birində həmin heyətin təntənəli qarşılanma mərasimi keçirilib.
Türkiyə nümayəndə heyətinə polkovnik Hakan Açıkgöz rəhbərlik edir. O, birgə təlimlərin vacibliyini vurğulayıb və təlimlərdə qazanılan təcrübənin hər iki ölkənin gələcək əməliyyat planlarına müsbət təsir göstərəcəyni qeyd edib.