
Bu barədə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev məlumat verib.
O deyib: “Yarışda ən güclü idmançılar öz güclərini sınayacaqlar. Milli qəhrəman Çingiz Qurbanov bizim federasiyasının idmançımız olub. Şəhidimizin xatirəsini yad etmək mənəvi borcumuzdur. Çingiz Qurbanov qəhrəmanlığı ilə gənclərimizə örnəkdir.
Hesab edirəm ki, yarış vətənpərvərlik təbliğatı ilə yanaşı, bölgədə idman olan marağın artmasına xidmət edəcək”.