Yenifakt.info

Müstəqil xəbərlər portalı

Mədəniyyət

“Eurovision-2017” müsabiqəsində ölkələrin çıxışetmə ardıcıllığı müəyyənləşib

Bu ilin may ayında Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək “Eurovision-2017” mahnı müsabiqəsinin yarımfinalı ilə bağlı püşkatma keçirilib.
Yarışda Azərbaycanı “Skeletons” (Skeletlər) mahnısı ilə təmsil edəcək Diana Hacıyeva (DiHaj) ilk yarımfinalda 8-ci çıxış edəcək.
Ümumiyyətlə, mayın 9-da keçiriləcək ilk yarımfinalda bu ölkələrin nümyandələri mahnılarını təqdim edəcək:
1. İsveç, 2. Gürcüstan, 3. Avstraliya, 4. Albaniya, 5. Belçika, 6. Monteneqro, 7. Finlandiya, 8. AZƏRBAYCAN, 9. Portuqaliya, 10. Yunanıstan, 11. Polşa, 12. Moldova, 13. İslandiya, 14. Çexiya, 15. Kipr, 16. Ermənistan, 17. Sloveniya, 18. Latviya.
Mayın 11-də baş tutacaq ikinci yarımfinalda isə iştirakçı ölkələr bu qaydada səhnəyə çıxacaq:
1. Serbiya, 2. Avstriya, 3. Rusiya, 4. Makedoniya, 5. Malta, 6. Rumıniya, 7. Hollandiya, 8. Macarıstan, 9. Danimarka, 10. İrlandiya, 11. San Marino, 12. Xorvatiya, 13. Norveç, 14. İsveçrə, 15. Belarus, 16. Bolqarıstan, 17. Litva, 18. Estoniya, 19. İsrail.
Müsabiqənin qaydalarına görə, qalib ölkə, eləcə də müsabiqənin yaradılcı üzvləri birbaşa finala vəsiqə qazanır.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir