Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

AŞPA Qarabağ məsələsini ATƏT nümayəndələri ilə müzakirə edəcək

AŞPA-nın Avropa Şurası ölkələri arasında münaqişələr üzrə alt komitəsi Helsinki, Strasburq və Vyanada baş tutacaq görüşlərdən sonra öz işini başlayacaq.
Bu barədə “müsahibəsində bu alt komitənin sədri Ştefan Şennax bildirib.
Onun sözlərinə görə, həmin görüşlərdə qurumun gələcək fəaliyyəti müzakirə olunacaq.
Alt komitənin rəhbəri kimi ilk olaraq hansı münaqişə zonasına gedəcəyi ilə bağlı sualı cavablandıran Ş.Şennax buna görüşdən sonra qərar veriləcəyini söyləyib: “Avropada bir çox münaqişə mövcuddur. Buraya həm Kiprdəki köhnə münaqişə, həm SSRİ-nin dağılması dövründən qalan münaqişələr, həm də Krımdakı yeni münaqişə daxildir. Onların hamısını əhatə edə bilməyəcəyik, amma 3 əsas münaqişəyə köklənəcəyik”.
Ş.Şennax əlavə edib ki, Helsinki görüşündə alt komitə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparmaq üçün ATƏT nümayəndələri ilə görüşəcək bildirib.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir