Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

ABŞ Birləşmiş Ehtiyat Qüvvələri komandanının Azərbaycan Dəmir Yollarının rəhbəri ilə görüşü

İyulun 3-də ABŞ Birləşmiş Ehtiyat Qüvvələrinin komandanı, kontr-admiral Ron Maklaren “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ilə görüşüb.

Görüş zamanı nəqliyyat və logistika sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatında deyilir ki, görüşdə ABŞ-ın Bakıdakı keçmiş səfiri Robert Sekuta da iştirak edib.

Söhbət zamanı C.Qurbanov qeyd edib ki, son illər nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilib.

Tərəflər Bakı-Tbilisi-Qars və Transxəzər dəmir yolu marşrutu üzrə yüklərin daşınması məsələsini nüzakirə ediblər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir