Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Azərbaycanda 17 il əvvəl cinayət törədən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və quldurluqda təqsirləndirilən Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə P.Hüseynov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında P.Hüseynovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, P.Hüseynov Bakıda 2000-ci ildə digər 3 nəfərlə birlikdə cinayət əlaqəsinə girərək şəhər sakinini öldürməyə cəhd edib. Onlar şəhər sakinlərinə qarşı quldurluq əməlləri törədərək pul alıblar. Digər 3 nəfər saxlanılıb. P.Hüseynov isə cinayətdən yayınaraq, Rusiya Federasiyasına qaçıb. O, bir müddətdən sonra Rusiyada başqa bir cinayətə görə tutulub. Uzun müddət orada məhbusluq həyatı yaşayıb. P.Hüseynov 2015-ci ildə Azərbaycana qayıdarkən saxlanılıb.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir