
Hər iki klub, azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün hərəyə 800 manat, kənar əşyalar atıldığı üçün hərəyə 1600 manat cərimələnib. Bundan başqa “Qəbələ” klubu azarkeşlərinin təhqiredici pankartlar açması səbəbindən 4000 manat ziyana düşüb.
Qeyd edək ki, “Qəbələ” “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edib.