Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Ziya Məmmədov vəzifəsini itirdi – Nazirliklər birləşdi

Bir vaxtların ən qüdrətli məmur-oliqarxlarından olan Ziya Məmmədov karyerasının qürubunu başa vurdu. Xeyli vaxdır ölkə rəhbərliyinin qara siyahısına salınmış, səlahiyyətləri bir-bir əlindən alınan, belə demək mümkünsə, quruca nazir adı daşıyan Ziya Məmmədov nəhayət, vəzifədən çıxarıldı.

Onun vəzifəsini itirəcəyi çoxdan proqnozlaşdırılan idi. Sadəcə, məsələ nədənsə uzanırdı. Bəziləri bunu ABŞ-dakı seçkilərə bağlayırdılar ki, İlham Əliyev Zya Məmmədovun oğlu Anar Məmmədla guya hansısa biznes ortaqlığı olan Donald Trampın prezident seçilə biləcəyini nəzərə alır. Tramp prezident seçiləndə isə bu mülahizənin tərəfdarları Ziya Məmmədovun yenidən yüksəlişi barədə danışmağa başladılar. Amma göründüyü kimi, onlar tələsiblər. İlham Əliyev sərəncam verərək, Ziya Məmmədovu nairlər sırasından sildi.

Sərəncam Ziya Məmmədovun bugünədək başçılıq etdiyi Nəqliyyat Nazirliyinin yerli-dibli ləğvi barədədir. Daha doğrusu Nəqliyyat Nazirliyi başqa bir nazirliklə – Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilib. İlham Əliyev bu iki nazirliyin bazasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılmasına sərəncam verib. Yeni yaradılan nazir vəzifəsinə isə Rabitə və yüksək texnologiyalar naziri olan Ramin Quluzadə təyin olunub.

Ramin Quluzadə

Ramin Quluzadə 2015-ci ilin axırlarında Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini, 2016-cı ilin yanvarında isə nazir təyin edilmişdi. O, əvvəllər Heydər Əliyev Fondunda İşlər departamentinin direktoru olub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir