Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Türkmənistanda prezident seçkisi başa çatdı – 97 faizlik aktivlik

Bu gün Türkmənistanda keçirilən prezident seçkilərində səsvermə başa çatıb
APA-nın ”RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə,  səsvermə yerli vaxtla saat 07.00 (saat 06.00) başlayıb, saat 19.00-da (Bakı vaxtı ilə 19.00) başa çatıb.
Türkmənistan Mərkəzi Seçki Komissiyası qarşıdakı 7 gün ərzində səsvermənin nəticələrini açıqlayacaq. Seçkidə seçicilərin yarıdan çoxunun səsini toplayan namizəd prezident seçiləcək.
Qeyd edək ki, hazırkı dövlət başçısı Qurbanqulu Berdıməhəmmədov daxil olmaqla, prezident postu uğrunda 8 namizəd mübarizə aparır. Seçkilərdə seçici fəallığı 97.27  faiz olub.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir