Rusiyalı həmsədr: “Azərbaycan və Ermənistanın XİN başçılarının görüşünü təşkil etməyə hazırıq”

Bunu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçilik edən ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.
Onun sözlərinə görə, həmsədrlər görüşlə bağlı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Edvard Nalbandiyanla ayrı-ayrılıqda məsləhətləşmək barədə razılığa gəliblər: “Əgər nazirlər maraqlı olsalar, onda biz onların görüşünü təşkil etməyə hazırıq”.
Qeyd edək ki, 53-cü illik Münhen Təhlükəsizlik Konfransı fevralın 17-19-da keçiriləcək.