
Cari ilin noyabr ayında SOCAR 618 min ton neft hasil edib.
Ümumilikdə, 2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycan üzrə neft hasilatı 37 mln. 719,3 min ton (azalma 1,4%), həmçinin noyabrda 2 mln. 998,3 min ton təşkil edib.
2015-ci ildə SOCAR 8 mln. 160,5 min ton neft hasil edib, Azərbaycan üzrə hasilatın həcmi 41 mln. 689 min ton təşkil edib.
Azərbaycan hökuməti 2016-cı ildə neft hasilatının həcmini 40 mln. 744.9 min ton səviyyəsində proqnozlaşdırır.