
Bu azalma bütün növ hesablarda müşahidə edilib. Belə ki, yanvarda banklarda 12 milyon 409 min 66 cari hesab olub. 2016-cı ilin dekabrında isə bu rəqəm 12 milyon 478 min 51 olub.
Ən çox azalma kredit hesablarında baş verib. 2017-ci ilin yanvarında banklarda 2 milyon 226 min 292 kredit hesabı olduğu halda, ötən ilin dekabrında bu rəqəm 2 milyon 304 min 585 olub. 1 ayda 121 min 138 kredit hesabı bağlanıb.
Banklardakı depozit hesabları da ötən ilə nisbətən azalıb. Əgər bu ilin yanvarın sonuna həmin hesabların sayı 377 min 106 olubsa, 2016-cı ilin sonuna bu rəqəm 378 min 676 olub.
Fiziki şəxslərin bank hesablarının sayı da 1 ayda 67 mindən çox azalıb. Əgər ötən ilin dekabrında fiziki şəxslərin banklarda 12 milyon 347 min 299 hesabı olmuşdusa, bu ilin yanvarında onların sayı 12 milyon 279 min 920-ə enib.
Sahibkarlıq hesablarında da 2 mindən çox azalma baş verib. Belə ki, 2017-ci il fevralın 1-ə banklardakı sahibkarlıq hesablarının ümumi sayı 167 min 676 olub. Ötən ilin dekabrında isə bu rəqəm cəmi 169 min 422 idi.
Hüquqi şəxslərə məxsus bank hesabların sayı isə 2016-cı ilin dekabrındakı 130 min 752-dən 129 min 146-ya enib.
Bu il fevralın 1-dək bank müştərilərinin sayı 5 milyon 416 min 222 olub.
2016-cı ilin dekabrında isə bu rəqəm 5 milyon 352 min 456 təşkil edib. Ötən ilin yanvarında isə bankların 5 milyon 403 min 52 müştərisi olub.
Artım həm fiziki şəxslərin sayında, həm də hüquqi şəxslərdə müşahidə edilib. Belə ki, əgər ötən ilin dekabrında banklarda 5 milyon 282 min 463 fizki şəxs müştəri olmuşdusa, 2017-ci ilin ilk ayında bu rəqəm 5 milyon 345 min 213 olub. Həmin tarixdə bank müştərisi olan hüquqi şəxslərin sayı 71 min olub. 2016-cı ilin dekabrında isə bu rəqəm 69 min 993 olub.