Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Berlində terror: 12 ölü, 50-dən çox yaralı FOTO

Almaniyanın paytaxtı Berlində terror hadisəsi baş verib. Dekabrın 19-u axşam saatlarında yük maşınını (TIR) Milad bazarında insanların üzərinə sürüblər. Nəticədə azı 12 nəfər həlak olub, 50 nəfərdən çox yaralanan var.

Yük maşınını idarə edən Pakistan mənşəli bir mühacirdir. Almaniya mətbuatı 23 yaşlı şübhəlinin ölkəyə bu ilin fevralında mühacir kimi girdiyini yazıb.

Almaniya kansleri Angela Merkel hadisəni “Bu bir terror hücumudur” deyə qiymətləndirib.

Polis hadisə ilə bağlı araşdırmalarını davam etdirir.

AXCP sədri Əli Kərimli facebook səhifəsində Berlində baş verən terror aktına münasibət bildirib:

“Terror Avropanın ürəyinə – Berlinə də çatdı. Azı 12 nəfər terror qurbanıdır. Almaniya xalqına dərin hüznlə baş sağlığı verirəm. Angela Merkel öz siyasi karyerasını ciddi riskə atmaq bahasına da olsa, bir milyon müsəlman qaçqına Almaniyada sığınacaq vermiş bir liderdir. Almaniya Türkiyədən sonra ən çox müsəlman qaçqına qucaq açmış bir ölkədir. Almaniyanın gələn il miqrantlar üçün ayırdığı büdcə də 19 milyard avrodur. Terrorçunun şəxsiyyəti Almaniya polisi tərəfindən dəqiqləşdirilir. Ancaq terrorçunun milli və dini mənsubiyyətindən asılı olmayaraq, müsəlmanların hər yerdə, xüsusilə də Almaniyada terror əleyhinə öz səslərini ucaltması həm də mənəvi borcdur”.(azadliq.info)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir