Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Donald Tramp ABŞ-ın yeni dövlət katibinin adını açıqlayıb

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp ölkənin dövlət katibinin adını açıqlayıb.

Donald Tramp bu vəzifəyə ABŞ-ın ən böyük neft şirkəti olan “ExxonMobil”in rəhbəri Reks Tillersonun namizədliyini irəli sürüb.

Gələcək hökumətdə əsas vəzifələrdən biri sayılan dövlət katibi postuna namizədlərin müzakirəsi ABŞ-da bir neçə həftədir davam edirdi.

R.Tillerson ötən həftə ərzində iki dəfə D.Trampla görüşüb. O, Moskva ilə daha sıx əlaqələrin tərəfdarı kimi tanınır. Üstəlik, 2012-ci ildə R.Tillerson Rusiya prezidenti Vladimir Putindən “Dostluq” ordeni alıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir