Gunay İsgəndərova: Hökumət təhsil sistemində köklü və təcili islahatlar aparmalıdır

Bu barədə jurnalist Gunay İsgəndərova fikirlərini bizimlə bölüşüb. G.İsgəndərova hesab edir ki, indiki zamanda büdcənin israfçılıqla xərclənməsi hesabına Azərbaycanı dünya tanıtmaq qeyri-ciddi addımdır: “Belə ki, inkişaf etmiş Avropa ölkələrinin belə sahib çıxmadığı Avropa Oyunları, Formula-1 kimi yarışların Bakıda keçirilməsi nəinki Azərbaycan hakimiyyətinin imcini yüksəldir, əksinə beynəlxalq diqqəti ölkədə insan haqlarının posulmasına, korrupsiya hallarına yönəldir. İdmançıların və qonaqların Azərbaycan dövlətinin hesabına maliyələşməsi, dünya çapında ölkəmizi gülünc hala salır. Milyardlarla dollar hesabına salınan keyfiyyətsiz infrastukturun ömrü bir sezonluq oldu. Dövlət büdcəsinin talanması yol verilməzdir. Bu cür mənasız oyunlara qoyulan investisiya təhsilimizə qoyulmalıdır”.
Azərbaycanın sosial-iqtisadi vəziyyətinə də toxunan G.İsgəndərova vurğulayıb: “Azərbaycanda mövcud sosial vəziyyət kritik həddədir. Cəmiyyətimizdə sosial təbəqələşmələr arasındaki fərq çox böyükdür. Son devalivasiyadan sonra varlılar daha da varlandı, əhalinin az təminatlı təbəqəsi isə demək olar ki, çöküşdədir. Gec-tez əhali boğaza yığılacaq. Onsuz da cəmiyyət bu kritik vəziyyətdən çıxış yolunu pis halda intiharda, yaxşı halda isə ailələrin dağılmasında görür. Bu cür davam edə bilməz. Sosial təbəqələşmənin önü bir an öncə alınmalı, orta sahibkarlığa dəstək proqramları işlənib hazırlanmalıdır. Orta sahibkarlığı olmayan ölkələrin iqtisadiyyatı məhvə məhkumdur. Buna bariz nümunə Rusiya və Venesuella kimi neft hesabına formalaşaraq varlanan və ilk krizisdə ölkələrin ağır iqtisadi tənəzzüllə üzləşməsini göstərə bilərik. Azərbaycan kimi kiçik amma strateji baxımdan çox əlverişli coğrafiyada yerləşən ölkələr yox səviyyəsindədir. Mövcuq iqtidar islahatlardan qorxmamalı, monopoliyadan birmənalı olaraq imtina etməlidir”.
Azərbaycanın Avropaya inteqrasiyasından söz açan jurnalist bildirib ki, Avropanın hüquq sistemini, yaşayış tərzini ölkədə tətbiq etmək əvəzinə, qiymətləri Avropa səviyyəsinə yüksəldən hökumət əhalinin sosial durumunun yaxşılaşması üçün heç bir iş görmür: “Öncə qanunun aliliyi, məhkəmələrin müstəqilliyi, söz, mətbuat, sərbəst toplaşma azadlığı təmin edilməlidir. Hesab edirəm ki, kommunist təfəkkürlü insanlarla bu islahatların gerçəkləşdirilməsi ya mümkün deyil, ya da çox çətin və uzun prosesdir. Hakimiyyət ömrünü uzatmaq üçün avtoritar ölkələrə, xüsusilə də, Rusiyaya meyl edir. Bundan ən çox xalqımız əziyyət çəkir. Azərbaycan xalqı yaxşı başa düşür ki, ölkənin inkişafı Avropaya inteqrasiyadan keçir. Bunun üçün xalq olaraq hakimiyyətə qarşı təzyiqi yüksəltməliyik”.