Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Əliyev monarxiyanı rəsmiləşdirir; Konstitusiyaya mürtəce dəyişikliklər hazırlandı

aliyevler-ailesi-yeniƏli Kərimli xalqı etiraza çağırdı: “Ailə hakimiyyətini “qanuniləşdirmək” cəhdi xalqa qarşı təhqirdir. Toparlanıb ciddi etiraz etməliyik

Ölkə başçısı İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. Konstitusiya Məhkəməsi Referendum Aktı layihəsi rəy verməlidir.

Layihədə diqqəəkən dəyişikliklər prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, vitse-prezidentlik institutunun yaradılması, prezidentə Milli Məclisi buraxmaq, növbədənkənar prezident seçkiləri təyin etmək səlahiyyəti verilməsi, prezidentlik və deputatlıq üçün yaş məhdudiyyətinin götürülməsidir.

AXCP sədri Əli Kərimli Facebook səhifəsində məsələyə dərhal reaksiya verərək bunu ailə hakimiyyətinin qanuniləşdirilməsi kimi qiymətləndirib: “İlham Əliyevin prezidentlik müddətini 5 ildən 7 ilə qaldırmaq, özünə hakimiyyətini istədiyi vaxt ötürəbiləcəyi birinci vitse-prezident təyin etmək, prezident seçilmək üçün 35 yaş məhdudiyyətini ləğv etmək istəyi ölkədə de-fakto mövcud olan qeyri-məhdud ailəhakimiyyətini konstitusiyalaşdırmaq cəhdidir. Əvvəllər bunu edirdilər, amma qanuna salmağa utanırdılar. Indi daha utanmırlar. Cümhuriyyətimizin quruluşunun 99-cu ilindəölkəmizdə ömürlük hakimiyyəti, ailə hakimiyyətini “qanuniləşdirmək” cəhdi xalqa qarşı təhqirdir. Xalq olaraq toparlanmalıyıq, heç şübhəsiz ki, bu referendum oyununa ciddi etiraz etməliyik. Qabağa düşmək, etirazları təşkil etmək bizdən, iştirak etmək, dəstək vermək hamımızdan! Millətcə toparlanmaq zamanıdır!”

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir