Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Azərbaycanda tanınmış idmançı həbs edilib

idmanci-rovshen-heybetovAzərbaycanda tanınmış idmançı həbs edilib. K-1 döyüş növü üzrə məşqçi “Pro-Rinq” Rövşən Heybətov saxlanılıb. Bu barədə vəkil Ceyhun Yusifov məlumat verib. Vəkilin dediyinə görə, o, 100 min manatı dələduzluq yolu ələ keçirilməkdə ittiham olunur. Noyabrın 25-də Xətai rayon Məhkəməsinin qərarı ilə Rövşən Heybətova Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Ceyhun Yusifov bildirib ki, Xətai rayon məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər. (Lent.az)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir