Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Faiq Əmirovun səhhətində ciddi problemlər yaranıb

“Azadliq” qəzetinin yayım direktoru Faiq Əmirovun səhhətində ciddi problemlər yaranıb.

Bu barədə “Azadliq.info”-ya onun vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Vəkilin sözlərinə görə, Faiq Əmirov əvvəlcədən də mədə xorasından əziyyət çəkib. Həbs olunandan sonra bu xəstəlik daha da şiddətlənib: “Bu gün Faiq Əmirovla Bakı İstintaq Təcridxanasında görüşəndə məlum oldu ki, artıq iki gündür qida qəbul edə bilmir. Yediyi yeməkləri mədəsi qəbil etmir. Bununla bağlı təcridxana rəhbərliyi ilə görüşüb onları məlumatlandırdım. Məsələ çox ciddidir. Bununla bağlı beynəlxalq təşkilatları günü sabah məlumatlandıracağıq. Faiq Əmirovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi haqda yaxın günlərdə məhkəməyə də müraciət edəcəyik”, – deyə Fəxrəddin Mehdiyev bildirib.

Xatırladaq ki, Faiq Əmirli bu il avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib. Bu müddət ərzində işlə bağlı heç bir istintaq hərəkətləri aparılmayıb.

F.Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. Prokurorluq onu hazırda Fətullah Gülənin tərəfdarlarının “Hizmet” hərəkatının imamı kimi təqdim edir.

F.Əmirli isə bu ittihamların absurd olduğunu bildirib, imam kimi təqdim olunmasını gülüşlə qarşılayıb. O, siyasi sifarişlə həbs olunduğunu, barəsindəki cinayət işinin də qondarma olduğunu bəyan edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir