Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Sərhəd keçid məntəqəsində qadınları təhqir edən gömrük işçisi işdən qovulub – Yenilənib

111111111111-690x450Gömrük postlarından birində ölkədə gələn Azərbaycan vətəndaşlarına qarşı kobudluq edən, qadın-kişi demədən onları söyən və bağlamalarını alıb yerə tullayan gömrük zabiti işdən qovulub.
Bu barədə virtualaz.org-a Dövlət Gömrük Xidmətinin mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, həmin gömrük zabitinin sərhəd-gömrük keçid məntəqəsində vətəndaşlarla necə davrandığına dair videokadrlar sosial şəbəkələrdə yayılıb. Kadrlara əsasən həmin zabit İrandan qayıdan vətəndaşlarla heç bir əsas olmadan kobud davranır, onların bağlamalarını alıb yerə atır, özlərini söyür. O, əl çantasını gömrük baxışı üçün təqdim etməyə çalışan qadını əliylə hədələyib deyir: “Kor sənsən. Mənim beynimdə 24 milyon şey var…rüşeym, hüceyrə var, sən həmişə də gedibsən..”
Bu videorolik sosial şəbəkələrdə kəskin tənqidlərə səbəb olub. Dövlət Gömrük Xidmətinin mətbuat xidməti geniş rezonansa səbəb olmuş bu kadrlarla bağlı bildirib ki, həmin əməkdaş Azərbaycanın Gürcüstanla sərhədindəki “Sınıq Körpü” gömrük məntəqəsinin əməkdaşı Kamal Hüseyn oğlu Nəzərovdur. Və o, artıq vəzifədən azad edilib və gömrük orqanlarından xaric olunub.

****

Azərbaycanın Sərhəd Keçid Məntəqələrindən birində çalışan Dövlət Gömrük Komitəsinin əməkdaşının sərhədi keçən insanlarla qaba rəftarını əks etdirən video görüntülər yayılıb.

Avropa.info xəbər verir ki, sosial şəbəkələrdə yayılan bu videonun “Sınıq Körpü” gömrük məntəqəsində çəkildiyi bildirilir.

Video görüntülərdə gömrük komitəsinin əməkdaşı sərhəddən keçənlərin çantalarını kənara atır və onların üstünə qaşqıraraq kobud rəftar sərgiləyir.

Avropa.info olaraq bu məsələ ilə bağlı DGK rəsmilərinin məsələni araşdırıb tədbir görəcəyini düşünürük.

Həmin videonu sizə təqdim edirik:

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir